ATU və BDU tələbələri İctimai Səhiyyə və İslahatlar Mərkəzində təcrübə keçirlər
22.04.2025 18:49

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə və Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin sonuncu kurs tələbələrinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təcrübə kursu başlayıb. 

 

İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, təcrübə proqramının məqsədi tələbələrin ictimai səhiyyə sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği istiqamətində nəzəri və praktiki biliklərini genişləndirməkdir.

 

İSİM-in direktoru Qəhrəman Haqverdiyev geniş təqdimatla çıxış edərək, tələbələrə ictimai səhiyyənin əsas istiqamətləri və aktual mövzuları, Mərkəz tərəfindən həyata keçirilən sorğu və tədqiqatlar barədə ətraflı məlumat verib. O, tələbələrin bu sahədə peşəkar bilik və bacarıqlar qazanmasının vacibliyini qeyd edərək onlara təcrübə müddətində uğurlar arzulayıb.

 

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, tibb elmləri doktoru, dosent Yaqut Hacıyeva İSİM-də tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib. O, bu il ictimai səhiyyə ixtisası üzrə Tibb Universitetinin ilk buraxılışının olduğunu nəzərə çatdıraraq bildirib ki, təcrübə dövrü nəzəri biliklərin real həyat situasiyalarında tətbiqini təmin edən ən vacib tədris mərhələlərindən biridir.

 

İSİM-də təcrübə keçən 70-ə yaxın tələbənin iştirakı ilə müxtəlif görüş, təlim və tədbirlərin təşkil edilməsi, ölkəmizdə həyata keçirilən dövlət proqramları, səhiyyə sistemində tətbiq olunan innovativ vasitələr və digər mövzularda gənclərə ətraflı məlumat verilməsi nəzərdə tutulub.

 

İnteraktiv şəkildə təşkil olunan təcrübə proqramı çərçivəsində tələbələrlə ictimai səhiyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılır, suallar cavablandırılır, onlara müxtəlif materiallar təqdim olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır