ATU-da “Web of Science” platforması haqqında seminar keçirilib  
23.04.2025 08:55

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarə olunması Departamentinin təşkilatçılığı ilə 17 aprel tarixində “Clarivate” şirkəti tərəfindən seminar keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirdə şirkətin müştəri müvəffəqiyyəti üzrə məsləhətçisi İltifat İbrahimov “Web of Science” platforması və onun resursları haqqında geniş məruzə edib. İ.İbrahimov, seminar iştirakçıları üçün Web of Science Core Collection, Journal Citation Reports, EndNote referans idarəetmə sistemi kimi məhsulların üstünlükləri, tədqiqatçıların həmin resurslardan istifadə imkanları haqqında ətraflı məlumat verib.

 

Tədbirin davamında suallar cavablandırılıb.

Seminarın sonunda Elmi Departamentin rəhbəri, professor Eldar Qarayev və  dosent Sevinc Pənahova tərəfindən İltifat İbrahimova təşəkkürnamə təqdim edilib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub