Gözlər bu xəstəliyi aşkarlamağa kömək edə bilər
05.05.2025 10:19

Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri retina mikrovaskulaturasının (gözün arxasındakı qan damarlarının) demensiyanın, xüsusilə Alzsheymer xəstəliyinin erkən mərhələlərdə aşkarlanmasına kömək edə biləcəyini müəyyənləşdiriblər.

 

Aztibb.az xəbər verir ki, "Science Daily" portalında yayımlanan məlumata görə, tədqiqatçılar 45 yaşlı iştirakçıların göz skanlarından əldə edilən məlumatları təhlil edərək daha dar arteriollar, daha geniş venulalar və daha incə retinal sinir lifləri təbəqələrinin demensiya riski ilə əlaqəli olduğunu ortaya çıxarıblar.

 

Tədqiqat müəlliflərindən doktor Aşleq Barret-Yunq nəticələrin demensiyanın erkən mərhələdə müəyyənləşdirilməsi sahəsində aparılan əvvəlki araşdırmalarla uyğunluq təşkil etdiyini bildirib. O qeyd edib ki, erkən diaqnostika və müdaxilə demensiyanın gedişatının ləngiməsi üçün mühüm əhəmiyyət kəsb edir. Lakin hazırkı test metodlarının ya yetərincə həssas olmaması, ya da yüksək xərc və əlçatanlılıq baxımından məhdudiyyətlər bu sahədə irəliləyişə əngəl yaradır. Tədqiqat eyni zamanda beynin vəziyyətini qeyri-invaziv üsullarla qiymətləndirmək üçün süni intellekt texnologiyalarının tətbiqinə dair gələcək perspektivləri də gündəmə gətirir. Lakin mütəxəssislər bu metodların hələ erkən mərhələdə olduğunu və real tətbiq üçün əlavə işlərə ehtiyac duyulduğunu vurğulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır