Günəbaxan tumları "superfood" statusu aldı
05.05.2025 09:13

Aparılan son tədqiqatlar nəticəsində günəbaxan tumları "superfood" statusu alıb. Belə ki, bu məhsulun qocalmanın qarşısını aldığı müəyyən edilib. Araşdırmalarda günəbaxanla yanaşı, balqabaq, küncüt və çia toxumlarının da tərkibində hüceyrələri qocalmaqdan qoruyan maddələr aşkar olunub.

 

Aztibb.az-ın xarici mətbuata istinadla xəbərinə görə, mütəxəssislər belə qənaətə gəliblər ki, toxumlar təkcə orqanizmin deyil, beynin də gənc qalmasına kömək edir. Belə ki, onların tərkibindəki omeqa-3 yağ turşuları koqnitiv funksiyaları yaxşılaşdırır. Həmçinin maqneziumla da zəngin olan bu məhsullar mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, stres və narahatlıq səviyyəsini azaltmağa, həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir, ömrü uzadır.

 

Bundan əlavə, mütəxəssislər istənilən giləmeyvə və nori dəniz yosununun (suşinin hazırlanmasında istifadə olunan yosun növü) da eyni təsirə malik olduğunu bildiriblər. Onlar izah ediblər ki, həm sağlam, həm də daha az kalorili giləmeyvələr antioksidantlarla zəngin olduğu üçün iltihabla mübarizə aparmağa kömək edir. Nori də yod və digər faydalı maddələr ehtiva etdiyi üçün antiinflamatuar (iltihab əleyhinə) təsirə malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır