Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
19.04.2025 17:41

Azərbaycan Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya və Reabilitasiya işçi qrupunun rəhbəri, Azərbaycan Tibb Universitetinin dosenti, Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktik İnstitutunun baş həkimi, dosent Rəhimə Qabulova Milanda keçirilən "ESC Profilaktik Kardiologiya 2025" beynəlxalq konqresində iştirak edib.

 

Bu xəbər Aztibb.az-a Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktik İnstitutundan verilib.

 

Bildirilib ki, konqres çərçivəsində o, “2025-ci ildə qlobal risk reallıqları” adlı sessiyada sədr, həmçinin “Gündəlik praktikada hipertoniyanın idarə edilməsi” adlı sessiyada məruzəçi qismində çıxış edib.

 

Azərbaycanlı alim “Hipertoniya xəstəliyinin dərmanla müalicəsində səmərəliliyin artırılması yolları” mövzusunda məruzəsini təqdim edib.

 

Bununla yanaşı, dosent Rəhimə Qabulova 2024-cü ildən etibarən assosiativ redaktor kimi fəaliyyət göstərdiyi Avropa Kardiologiya Cəmiyyətinin “European Journal of Preventive Cardiology” (EJPC) jurnalının redaksiya heyətinin toplantısında da iştirak edib.

 

O, müxtəlif ürək-damar risk qruplarına aid ölkələrin milli koordinatorlarının dəvət olunduğu CVD-nin qarşısının alınması üzrə Milli Koordinatorların Seminara da qatılıb.


Dosent Rəhimə Qabulova konqres çərçivəsində Avropa Preventiv Kardiologiya Assosiasiyasının İdman kardiologiyası işçi qrupunun aparıcı simaları ilə bu sahədə planlaşdırılan layihələri müzakirə edib və Azərbaycanda idman kardiologiyasının inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır