ATU əməkdaşı beynəlxalq konqresə sədrlik edib
19.04.2025 12:43

Türkiyənin Bursa şəhərində 21-ci Ulusal Uludağ Qış Pediatriya  Konqresi keçirilib.

 

Aztibb.az xəbər verir ki, pediatriyanın aktual problemlərinə  həsr olunan konqresdə uşaqlar arasında  son illər geniş yayılmış infeksion xəstəliklər, eləcə də endokrin, revmatoloji, qastroenteroloji xəstəliklər, sidik-ifrazat sistemi xəstəlikləri, xronik öskürəklərin səbəbləri, vizinq sindrom, obstruktiv yuxu apnoesi, ətraf mühitin, ekologiyanın, tütünün uşaq yaşı xəstəliklərinə təsiri barədə ətraflı müzakirələr aparılıb.

 

Eyni zamanda, bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, qida və dərman allergiyası və s. allergik xəstəliklərin uşaqlarda gedişi, diaqnostikası və müalicəsində son yeniliklər, uşaqlarda immun çatışmazlıqlar, tənəffüs yollarının anadangəlmə anomaliyaları, kistik fibroz, təcili və təxirəsalınmaz yardım tələb edən patologiyalar və s. aktual mövzularda bir- birindən maraqlı məruzələr dinlənilib.

 

Geniş diskussiya şəraitində keçən konqresdə ölkəmizi ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova təmsil edib və  “Bronxial astma ”  bölümünə sədrlik ona həvalə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır