Tələbələr tütün və veyplərin zərərləri barədə məlumatlandırılıb  
19.04.2025 08:41

Azərbaycan Tibb Universitetində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyi tərəfindən birgə maarifləndirici tədbir keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə “Tütün və veyplərin zərərləri” mövzusunda çıxış edən AQTA-nın əməkdaşı Günay Quluzadə, Səhiyyə Nazirliyinin əməkdaşları Nərmin Azadova və Şəhla Kazımova tələbələrə elektron siqaretlərin (veyplərin) sağlamlığa təsirləri, tərkibindəki zərərli maddələr və asılılıq yaratma potensialı barədə ətraflı məlumat veriblər. Tütünün sosial və ekoloji təsirlərindən bəhs edən mütəxəssislər veyplərin parlaq rəngləri və şirin dadlarının gənclər arasında cəlbedici olduğunu, lakin bu məhsulların ciddi sağlamlıq riskləri daşıdığını vurğulayıblar.


Onlar söyləyiblər ki, tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Çıxışlarda bildirilib ki, dünyada heç də insanların hamısı siqaret çəkmir. Çəkənlərin isə çoxu bu vərdişdən imtina etmək arzusundadır və onlar siqaret çəkməni əsasən öz istəkləri ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Onlar çıxışlarında əlavə ediblər ki, hər bir insanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür.

 

Mütəxəssislər diqqətə çatdırıblar ki, ikincili (ətrafa yayılan) tütün tüstüsünün qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir. Çünki bu, yaşlı insanlarda xərçəng, ürək qan-damar və digər ciddi xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır. Dünyadakı uşaqların demək olar ki, yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Bu isə, astma xəstəliyi zamanı vəziyyəti ağırlaşdırır və təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Hər il ən azı 200 000 insan işlədikləri müəssisələrdə ikincili tütün tüstüsünü qəbul etmək səbəbindən ölür. Onlar qeyd ediblər ki, tütün tüstüsünün törətdiyi ölümcül təhlükələrdən yeganə qorunma yolu azad mühitin yaradılmasıdır.

 

Diskussiya formasında keçirilən tədbirdə mütəxəssislərlə iştirakçılar arasında fikir mübadiləsi də aparılıb və onlara sağlam həyat tərzinin əhəmiyyəti barədə bir sıra tövsiyələr verilib. Bildirilib ki, təhsil müəssisələrində bu cür maarifləndirmə tədbirləri gənclərin sağlamlığına yönəlmiş önəmli addımdır.

 

Sonda tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

 
 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub