ATU-nun İctimai səhiyyə və Əczaçılıq fakültələrində tədris planları müzakirə edilib  
18.04.2025 14:39

Növbəti tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində (ATU) bakalavriat, baza ali tibb və magistratura pilləsində tədris planları yenilənir.

 

Bununla əlaqədar olaraq İctimai səhiyyə və Əczaçılıq fakültələrində ATU-nun rəhbər şəxslərinin iştirakı ilə görüşlər keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, elmi işlər üzrə prorektor, professor Nazim Pənahov əczaçılıq fakültəsində magistratura pilləsində tədris olunan ixtisaslarla bağlı yenilikləri açıqlayıb. Qeyd edib ki, tədris planlarının yenilənməsi işinə universitet rəhbərliyi və kollektivi ilə yanaşı, əmək bazarının təmsilçiləri də cəlb olunublar.

 

Universitetin tədris departamentinin müdiri Kamandar Yaqubov  İctimai səhiyyə fakültəsində tədris edilən ixtisasların beynəlxalq təhsil sistemində mövcud olanlara uyğunlaşdırılması məsələsi ilə bağlı danışıb, bu barədə iclas iştirakçılarının fikirlərini öyrənib.

 

Hər iki fakültədə magistratura pilləsində ixtisas adlarının müasir standartlara uyğunlaşdırılması, əczaçılıq ixtisasında bakalavr tədrisi üçün  tədris planlarının hazırlanması ilə bağlı göstərişlər verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır