TƏBİB reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə təlimlərə start verib  
18.04.2025 11:35
TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində Reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə Yeni Klinikada təlimlərə başlanılıb.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla bildirir ki, təlimlərin ilk mərhələsində Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarının Reanimasiya-anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi Yeni Klinikaya ezam olunub.
 
Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlim proqramı çərçivəsində ezam olunmuş tibbi heyət ilkin qiymətləndirmədən keçirilib. Təlimin başlanğıcında tibb işçiləri imtahana cəlb olunaraq bilik və bacarıqları yoxlanılıb, müşahidə edilən boşluqlar əsasında fərdi şəkildə istiqamətləndirilib.
 
Bir ay davam edəcək təlim müddətində ezam olunmuş tibb işçiləri Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbələrində praktiki və nəzəri biliklərini artıraraq, real klinik hallarda təcrübə qazanacaqlar. Təlim proqramı çərçivəsində praktiki biliklərlə yanaşı, nəzəri biliklərin artırılmasına da xüsusi diqqət yetiriləcək. Bu məqsədlə tibb işçiləri Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarında iştirak edəcəklər.
 
Qeyd edək ki, bölgələrdə göstərilən reanimatoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və tibbi heyətin peşəkar inkişafına töhfə verməyi hədəflən təlimlərə TƏBİB tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrinin cəlb olunması nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır