“Həkimlərimizi tanıyaq!” rubrikası peşəkar təbiblərimizi tanıtmaqda davam edir!
18.04.2025 08:02

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizə insanlara şəfa bəxş edən, səmimi xarakteri ilə xəstələrə səhhətlərindəki problemləri unutduran, cəfakeş təbiblərdən biri Akif Daşdəmirovu təqdim edirik.

O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1999-2001-ci illərdə Moskva Dövlət Tibbi Stomatologiya Universitetində ordinator vəzifəsində çalışıb. 2001-2004-cü illərdə Moskva Dövlət Tibbi Stomatologiya Universitetində aspirant vəzifəsində fəaliyət göstərib.
 
Akif Daşdəmirov 2004-cü ildə Moskva Dövlət Tibbi Stomotologiya Universitetində dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
 
2001-2006-ci illərdə Rusiya Təcili Tibbi Yardım Cəmiyyətində idarə heyəti-aparıcı mütəxəssis kimi xidmət göstərib. 2004-2006-cı illərdə 50 nömrəli Moskva Şəhər Klinik Xəstəxanasında Təxirə salınmaz kardiologiya şöbəsinin müdiri, 2007-2021-ci illərdə Bakı şəhəri Yazıçılar Poliklinikasında həkim-kardioloq vəzifələrində çalışıb.
 
2021-ci ildən etibarən Respublika Klinik Xəstəxanasında təcili və təxrəsalınmaz tibbi yardım üzrə həkim kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır