Hər bir pasiyentə individual yanaşan qayğıkeş həkim - Afət Çəndirli 
03.05.2025 10:16

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə hər bir pasiyentə individual yanaşan qayğıkeş həkim, fizioterapevt-reabilitoloq Afət Çəndirlini təqdim edirik.

 

Afət Çəndirli 1995-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 1995-1996-cı illərdə Bakı şəhər 3 nömrəli Klinik Xəstəxanasında internatura keçib.

 

Əmək fəaliyyətinə 1998-ci ildə başlayan həkim 2004-2005-ci illərdə Səudiyyə Ərəbistanının Al-Jouf Hospitalında, 2011-2013-cü illərdə Azərbaycan dövlət tibb müəssisələrində fizioterapevt-reabilitoloq çalışıb. O, 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq işləyir.

 

Afət Çəndirli Mərkəzi Gömrük Hospitalında elektroforez, elektrostimulyasiyaimpuls tokları ilə müalicə, fonoforez, mikrodalğa, limfodrenaj, zərbə dalğa terapiyası, lazer müalicəsi, traksion dartma, darvanval, vakuum ilə müalicə, parafinlə müalicə, naftalanla müalicə, maqnitoterapiya, masaj, müalicəvi idman və trenajorlar, triqer nöqtələrinin neyrostimulyasiyası, kinezioteypinq kimi müalicə metodlarından istifadə etməklə reabilitasiya mərhələsində olan xəstələrin müalicəsini həyata keçirir.

 

O, 2004-2005-ci illərdə Səudiyyə Ərəbistanında fizioterapiya üzrə təlimdə, 2012-ci ildə Avstriyanın Vyana şəhərində Donaşpital reabilitision klinikasında Fizioterapiya və bərpa üzrə təlim kursunda, 2015-ci ildə Avstriyanın Zalsburq şəhərində Fizioterapiya ve rebialitasiya kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində Fizioterapiya üzrə konqresdə, yenə həmin ildə Türkiyənin Sivas şəhərində Reabilitasiya üzrə konqresdə iştirak edib.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir