Fransada tibb işçiləri aclıq aksiyası keçirir
19.04.2025 11:07

Qəzzada yaralı fələstinliləri müalicə edən fransız həkim Paskal Andre də daxil olmaqla üç fransız səhiyyə işçisi "Fələstində ədalət" uğrunda aclıq aksiyası keçirir.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla məlumat verir.

 

İsrailin Qəzzada soyqırımı davam edərkən, yaralı fələstinli mülki vətəndaşları müalicə etmək üçün bölgəyə gedən fransız həkim Paskal Andre də daxil olmaqla 3 fransız tibb işçisi 31 Martda Fransanın cənubundakı Marsel şəhərində “Fələstində ədalət aclığı” çağırışı ilə aclıq aksiyasına başlayıb.

 

Bu çağırış çərçivəsində indiyədək Fransada 15 nəfər aclıq aksiyasına başlayıb, 95 nəfər isə həmrəylik orucunu keçirib. Bu şəxslərdən 11-i aclıq aksiyasını davam etdirir.

 

Aksiyada iştirak edənlər Fransa və Avropa İttifaqı (Aİ) səlahiyyətlilərindən soyqırımın davam etdiyi Qəzzada beynəlxalq və humanitar qanunların icrasını tələb edirlər.

 

Fransanın müxtəlif şəhərlərində silsilə aksiyalar şəklində keçiriləcək aclıq aksiyaları aprelin 24-də Belçikada başa çatacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır