Yeddi yaşlı çinli uşaq süni ürək transplantasiyası edilən ən gənc insan oldu
20.04.2025 10:04

Çində süni ürək transplantasiyası əməliyyatı keçirən 7 yaşlı uşağın dünyada bu əməliyyatı keçirən ən gənc insan olduğu açıqlanıb.

 

Aztibb.az-ın www.tbsnews.net-ə istinadla məlumatına görə, ürəyin daim böyüməsinə və genişlənməsinə səbəb olan genetik və xroniki xəstəlik olan “dilatasiya kardiomiopatiyası” diaqnozu qoyulan uşağa uyğun donor tapmaq mümkün olmadığı üçün həkimlər 2024-cü ilin mayında süni ürək transplantasiyasına qərar veriblər.

 

Ayın əvvəlində təxminən beş saat davam edən əməliyyatda həkimlər uşağa çəkisi 45 qram, diametri 2,9 santimetr olan süni ürək yerləşdiriblər.

 

Beləliklə, ürək xəstəliyinin ağır mərhələsi olan 7 yaşlı uşaq dünyada süni ürək nəqli edilən ən gənc insan olub.

 

Həkimlər əməliyyatdan bir gün sonra uşağın nəfəs almağa başladığını və vəziyyətinin getdikcə yaxşılaşdığını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır