Şimali Afrikada tapılan mumiyalar insanların genetik tarixini yenidən yazır
04.05.2025 09:43

Şimali Afrikada tapılan iki mumiyanın DNT analizləri insan tarixinin nəsil şəcərəsini yenidən yazmağa səbəb ola bilər.

 

Aztibb.az-ın www.dailymail.co.uk-a istinadla xəbərinə görə, Almaniyanın Max Plank İnstitutunun alimləri hazırda Liviya ərazisində aşkarlanan bu qədim insan qalıqlarında 7 min il əvvələ aid, elmə məlum olmayan bir insan qrupuna məxsus genetik izlər aşkar ediblər.

 

Saxara səhrasında yaşamış bu itmiş qrupun genetik quruluşu elm adamlarının qədim dövrlərdə Afrikaya daxil olan və qitədən çıxan insanlar haqqında gözlədiklərindən tamamilə fərqlidir. Araşdırmalara görə, 14.500 il əvvəl bu ərazi "Yaşıl Səhra" kimi tanınan münbit və yaşıl bir bölgə olub.

 

Bu səbəbdən alimlər hesab edirdilər ki, həmin dövrdə bu ərazilərdə yaşamış qədim insanlar həm "Sub-Saxara" Afrikasından, həm də Yaxın Şərqdən gələn digər insan tayfaları ilə sıx təmasda olublar. Lakin yeni tapıntılar göstərir ki, bu qədim qrup tamamilə təcrid olunmuş şəkildə yaşayıb və digər insan populyasiyaları ilə demək olar ki, heç bir genetik qarışma baş verməyib. Ən maraqlısı isə odur ki, mumiyaların DNT-sində Afrikadan kənarda yaşayan qədim insanlara nisbətən Neandertal genlərinə çox az rast gəlinib. Bu isə tədqiqatçıların qədim dünya və insan qrupları arasındakı qarşılıqlı əlaqə ilə bağlı əvvəlki fikirlərinə ciddi sual işarəsi qoyur. Tədqiqatın birinci müəllifi, Max Plank Təkamül Antropologiyası İnstitutundan Nada Salem bildirib: “Tədqiqatımız Şimali Afrikadakı əhali tarixi ilə bağlı əvvəlki fərziyyələri şübhə altına alır və uzun müddət təcrid olunmuş, dərin köklərə malik bir genetik xəttin mövcudluğunu ortaya qoyur.”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır