Daşlar müalicə edir...  
05.05.2025 09:34

Daşlar haqqında məlumatlar qədim kitablardan qaynaqlanır. Həmin məlumatlar daha çox inanca əsaslansa da, sonralar onun elmi tərəfləri də araşdırılmağa başlanılıb. O vaxt almazı cəsarət və qorxmazlığın rəmzi kimi görsələr də, indi onun ən bərk metalları belə aşılaya bildiyi məlumdur. Əvvəllər kvarsın gizli və sehrli enerjiyə malik olmasına inansalar da, mexaniki güc tətbiq edilərkən onda elektrik gərginliyi yarandığı, kəhrəbada qoruyucu keyfiyyət olduğu üzə çıxdı.

 

Aztibb.az-ın məlumatına görə, kvars, ametist, əqiq mineral, almaz, sapfir, yaqut, aleksandrit və s. müalicəvi daşlar sayılır. Zümrüd, almaz, yaqut, turmalin bəzək əşyaları, nefrit, lapis, oniks və s. əl işləri üçün istifadə olunan daşlardır.

 

Hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Qiymətli daşların, qan qrupuna, uyğun təsnifatına görə, sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan daşlar I, qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olanlar III, mavi və yaşıl rənglərdə olanlar II və IV qan qrupları üçün düşərlidir.

 

Nefrit daşında yaradılışın işarəsini, mifi görmək olar. Onunla ehtiyatlı olmaq lazımdır, onda keçmişlə gələcəyi qovuşdurmaq gücü var. Hematit qalibiyyət daşıdır, tərkibində dəmirlə zəngindir, onun mistikası həmişə qələbəyə səsləyir. Zümrüd bərəkət, kəhrəba təmizlik daşıdır. Turmalin gərginliyi aradan qaldırır. Opal daşı dəriyə təmas edir, dəri xərçənginə təsir edir əqiq təzyiqi stabilləşdirir, qanaxmanı dayandırır. Alın, gicgah və göz ağrısı zamanı kvarsdan, baş ağrısı zamanı ametistdən, xrizolit və sitrindən istifadə edilir. Nefrit ürək xəstəliyinə xeyirdir, sapfir yaddaşı gücləndirir, düşüncəni dəqiqləşdirir, sinirləri sakitləşdirir.

Lakin yaqut və sapfir daşını taxarkən əsəbiləşmək olmaz, çünki əsəbi lap qaldırır. Firuzə daşı 12 xəstəliyin dərmanıdır. Əsasən görmə qabiliyyətinin qorumasında xüsusən xeyirlidir, ondan eynək taxanların istifadə etməsi məsləhətdir. Mədəaltı vəziyə, alındakı ağrılar, epilepsiyaya, dil qatlanmaya qarşı faydalıdır. Bütün daşları suya salıb içmək olar, minerallarla əlaqədə olan distillə olunmamış su çox faydalıdır.

 

Mineral daşlar suyu gec süzsə də, tərkibini tam təmizləyir və başqa heç bir filtrdə ona nail olmaq mümkün deyil. Müxtəlif daşların ayaq altına yığılması, onların üzərində yerimə, əllərin həmin daşlara sürtülməsi, eyni zamanda masaj seansların, məsələn, onurğa və kürək üzərinə daşlar qoyulması birbaşa sinir sisteminə və enerjiyə müsbət təsir göstərir, yorğunluq və yüklənmədən azad edir.

 

Akvamarin əsəbləri sakitləşdirir, düşüncənin aydınlaşması və yaradıcılıq qabiliyyətinin üzə çıxmasında böyük rol oynayır. Kvars beyinə xəbərdarlıq edir, neqativ enerjini pozitivə çevirir. Əqiq daşı güc və uğur gətirir, bəd nəzərdən də qoruyur. Mirvari sadəlik və gözəllik nişanəsidir, eyni zamanda müdrikliyin simvolu olaraq da qəbul edilir. Hətta qədim zamanlarda onun ana südünü artırdığına da inanırdılar. Zümrüd bədəni və ruhu təmizləyir, mərhəməti, sevgini, səmimiyyəti və sədaqəti ifadə edir. Çəhrayı kvars sevgi daşıdır, hematit, baş ağrıları və qan azlığının müalicəsi üçün xeyirlidir. Kəhrəba daşı gərginlik və yorğunluğu aradan qaldırır. Firuzə miqren və baş ağrılarına kömək edir.

 

Əsəb xəstəliyi olanlar əqiq və ya zümrüd daşı gəzdirməlidir. Zümrüd yayda taxılmamalıdır, çünki Günəşlə əlaqəyə girəndə rəngi sola bilər. Ona görə də payızda taxmaq daha düzgündü. Çox qəmgin və neqativ fikirli olanların da zümrüd daşı taxması məsləhətdir. Özünə qapananlar yaqut və sapfir taxmalıdır ki, cəmiyyətə qaynayıb qarışsınlar. Əsəbi vaxtda almaz daşı ilə gəzmək olmaz, o əsəbin daha güclənməsinə səbəb olur. Nefrit taxan yalan danışmamalıdır. Cəsarətsiz olanlar qara almaz, şələ daşı taxmalıdır. Panik atak zamanı yaqut, yaşıl, sarı və adi sapfir gəzdirmək faydalıdır. Xrizolit, turmalin, opal, gül rəngli kvars sevgi daşlarıdır, qarşılıqlı hissləri ifadə etməyə kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır