Naxçıvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan oftalmoloji aksiya təşkil edilib
16.04.2025 10:43
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Görmək gözəldir” adlı tibbi profilaktik aksiya həyata keçirilir.
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən məlumata görə, aksiya çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində əhali arasında göz xəstəliklərinin vaxtında aşkarlanması və profilaktikasına yönəlmiş müayinələrin aparılması nəzərdə tutulur.
Tədbirin əsas məqsədi əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi, göz xəstəliklərinin erkən diaqnostikası və müalicəyə cəlb olunmasına nail olmaq, eləcə də Zərifə xanım Əliyevanın oftalmologiya sahəsindəki əvəzsiz xidmətlərini gənc nəsillərə tanıtmaqdan ibarətdir.
Aksiya Naxçıvan Sağlamlıq Mərkəzinin təcrübəli oftalmoloq həkimlərinin iştirakı ilə həyata keçirilir. Müayinələr Ailə Sağlamlıq Mərkəzlərində təşkil olunur və mərhələli şəkildə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.
İlkin olaraq Ordubad rayonu üzrə Dırnıs Ailə Sağlamlıq Mərkəzində başlayan aksiya çərçivəsində bu gün 70-dən artıq vətəndaş müayinədən keçib. Müayinələr zamanı müxtəlif göz patologiyaları aşkarlanıb və vətəndaşlara müvafiq tibbi məsləhətlər verilib, zəruri hallarda isə müalicə və ya əlavə müayinə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirmələr aparılıb.
Qeyd edək ki, bu cür aksiyalar əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Bu bölməyə aid digər xəbərlər
Bakı Baş Səhiyyə Mərkəzində həkim vakansiyaları elan olunur
21.10.2026 | 10:27
9 saylı “Qocalar evi”nin sakinləri tibbi akiya təşkil edilib
19.10.2026 | 16:00
Babək rayonunun Gərməçataq kəndində tibbi aksiya: 61 nəfər müayinə olunub
19.10.2026 | 15:21
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
18.10.2026 | 16:57
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18
Qubadlının Qəzyan kəndində tibbi aksiya: 130-dan çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
16.10.2026 | 16:33
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Şəkidə orta məktəblərdə tibbi aksiya: 679 nəfər müayinə olunub
14.10.2026 | 16:31
Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası təşkil olunub
13.10.2026 | 09:56
Ordubad rayonunun “Aza Kənd Tibb Məntəqəsi”ndə tibbi AKSİYA
12.10.2026 | 12:43
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

