Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
16.04.2025 14:11
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib.
 
Aztibb.az-a Abşeron RMX-dan verilən məlumata görə, vətəndaşların tibbi əlçatanlığını təmin etmək üçün oftalmoloji xidmətlər təşkil olunub və 349 nəfər xidmətdən yararlanıb. Həmçinin təşkil olunan aksiyada oftalmoloji xidmətlərdən əlavə əhalinin yararlanması üçün kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah ixtisası üzrə həkimlər cəlb edilib, ultrasəs (USM), elektorkardioqramm (EKQ), laboratoriya və s. kimi xidmətlər olmaqla ümumilikdə 1564 nəfərə 2500-dən çox tibbi xidmət göstərilib.
 
Aksiyada sakinlər ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.
 
Xatırladaq ki, layihənin məqsədi rayonun müxtəlif ərazilərində yaşayan vətəndaşlara yerində, daha əlçatan və keyfiyyətli xidmətin göstərilməsidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub