Yeni Klinikanın TƏBİB Akademiyasının rəhbəri Qazaxıstanda beynəlxalq konfransda iştirak edib
16.04.2025 11:55
Yeni Klinikanın TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad Qazaxıstanın Astana şəhərində keçirilən “Səhiyyədə tərəqqi və inkişaf: klinika, əczaçılıq və akkreditasiya” mövzusunda beynəlxalq elmi və təhsil konfransda iştirak edib.
 
Aztibb.az-a Yeni Klinikadan verilən məlumata görə, Tural Xaspolad konfrans çərçivəsində iştirakçılar tərəfindən böyük maraqla qarşılanan “Yeni Klinikada TƏBİB Akademiyası təcrübəsi” mövzusunda çıxış edib.
 
Təqdimatda ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən təlim-tədris fəaliyyətləri, kadr hazırlığı və akademik inkişaf istiqamətində əldə olunan nailiyyətlərə xüsusi yer verilib.
 
Yeni Klinikanın beynəlxalq səhiyyə platformalarında təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyan tədbir çərçivəsində klinika adından konfrans təşkilatçısına xatirə hədiyyəsi təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır