Havada uçan mikroplastiklər bitkilərin yarpaqlarına keçir – yeni ekoloji təhlükə aşkarlanıb  
03.05.2025 11:50

Çinli alimlərin “Nature” jurnalında dərc olunan tədqiqatına görə, bitki yarpaqları birbaşa havadan mikroplastikləri (PET və PS tərkibli hissəciklər) udur, bu isə bitkilərin toxumalarında plastik toplanmasını təsdiqləyir.

 

Aztibb.az phys.org-a istinadla xəbər verir ki, Tianjin şəhərindəki fabriklər, parklar və zibil poliqonlarında aparılan nümunə götürmələr zamanı ən yüksək mikroplastik səviyyələri zibil poliqonu və Dacron istehsal sahəsində qeydə alınıb.

 

Tədqiqatda qarğıdalı yarpaqları plastik hissəciklərlə zənginləşdirilmiş toza məruz qoyulub və yalnız bir gün sonra PET hissəciklərinin yarpaqlarda yığılması müşahidə edilib. Bitkilər plastikləri açıq stoma (yarpaq məsamələri) vasitəsilə udur və bu hissəciklər damar toxumalarına və trixomlara (bitkilərin səthi tükləri) qədər yayılır. Yaşlı yarpaqlar və açıq havada yetişdirilən tərəvəzlər daha çox plastik toplayır. Tədqiqat göstərib ki, havadan keçən mikroplastiklər torpaqdan alınan plastiklərdən qat-qat çoxdur və bu, plastiklərin qida zəncirinə daxil olmasında əsas yol ola bilər.

 

Alimlər bu vəziyyətin ekosistemlərə və insan sağlamlığına uzunmüddətli təsirlərini öyrənmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır