Min bir dərdə dərman olan Naftalan  
19.04.2025 10:39

Azərbaycanın möcüzəli və əfsanəvi məkanlarından olan Naftalanda həyata keçirilən tədbirlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə konkret və ünvanlı olması ilə diqqəti çəkir. Yer üzünün sehrli və ecazkar, şəfa mənbəyi olan Naftalana dövlət başçısı cənab İlham Əliyevin sonsuz diqqət və qayğısı nəticəsində keçmiş şöhrətinə qayıtmış, sözün əsl mənasında dünyada təbabəti, təbiəti və qonaqpərvərliyi ilə tanınır.

 

Aztibb.az xəbər verir ki, Naftalan unikal müalicəvi əhəmiyyəti olan "Naftalan" nefti ilə məşhurdur, sağlamlıq turizmi xidmətləri sahəsində böyük potensiala malikdir. Dünya standartlarına cavab verən hotellər, pansianatlar, müalicə ocaqları turistləri cəlb edir. Ölkə başçısının xüsusi diqqəti sayəsində Naftalanda son illər turizm sektorunun inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirilmiş və şəhərin infrastrukturu tamamilə yenilənmişdir. Məhz Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə turizm şəhərləri arasında ən öncül mövqelərdən birinə sahibdir. Şəhərdə fəaliyyət göstərən hotel və müalicə sağlamlıq mərkəzlərində turist məmnunluğunu təmin etmək üçün sağlam rəqabət mövcuddur.

 

Cari ilin birinci rübü ərzində şəhərə müalicə məqsədilə 6432 nəfər turist səfər edib və onların 2367 nəfəri xaricilərdir.

 

Müalicəvi nefti ilə min bir dərdə dərman olan Naftalan kurort şəhərinin dinamik şəkildə dəyişir və xidmət potensialı ilə dünyanın ən cəlbedici müalicə turizm məkanlarından birinə çevrilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır