ATU-nun rektoru imtahanın gedişini izləyib  
16.04.2025 11:01

Azərbaycan Tibb Universitetində (ATU) aralıq imtahanlara start verilib. ATU-nun rektoru professor Gəray Gəraybəyli imtahan prosesini izləyib və tələbələrlə söhbət aparıb.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, rektor profesor G.Gəraybəyli sessiyanın təşkili, prosesin gedişatı ilə bağlı tələbə və nəzarətçilərin fikirlərini öyrənib. ATU-nun rəhbər və məsul şəxsləri prosesin şəffaf aparılması, imtahanların qaydalara uyğun şəkildə keçirilməsi, nəzarət avadanlıqlarının gücləndirilməsi barədə rektora məlumat veriblər.

 

Universitetin İnformasiya Texnologiyaları departamentinin rəhbəri Rəmzi Əliyev həyata keçirilən tədbirlər sırasında imtahan zalında kameraların yeniləndiyini, tələbələrin intemet (IP) və fiziki izolyasiyasının təmin olunduğunu bildirib. Bundan əlavə, bu il imtahan sualları öncədən ekspertlər tərəfindən təsdiqlənib və sayı dəqiqləşdirilib. Sualların keyfiyyətcə qiymətləndirilməsi sonradan imtahan nəticələri ilə bağlı apelyasiyaların azalmasına təsir edəcək.

 

Qeyd edək ki, ATU-da ixtisas fənləri üzrə aparılan aralıq imtahan sessiyası aprelin 26-dək davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır