Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
15.04.2025 19:32

Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji aksiya keçirib.

 

STM-dən Aztibb.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlayaraq həll olunmasına kömək etmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir.

 

Hacı Zeynalabdin qəsəbəsində keçirilən aksiyada STM-nin strukturuna daxil olan 1 nömrəli və 2 nömrəli şəhər xəstəxanalarının oftalmoloqları və endokrinoloqu yerli sakinləri müayinə ediblər

 

Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb, əməliyyata ehtiyacı olanlar aidiyyati tibb müəssisəsinə yönləndirilib.

 

Qeyd edək ki, aksiya zamanı 120-ə yaxın pasiyent müayinə edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub