Amerikalı alim ATU-nun Tədris Cərrahiyyə Klinikasında mühazirə oxuyub  
15.04.2025 15:18

Azərbaycan Tibb Universitetində (ATU) rezidentlər üçün növbəti mühazirə üzün estetik cərrahiyyəsinə həsr edilib.

 

ATU-nun Rezidentura və magistratura şöbəsi ilə Azərbaycan Ağız və Üz-Çənə Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə amerikalı professor, Visage Surgical Institunun direktoru, estetik cərrahiyyə üzrə tanınmış mütəxəssis Faisal A.Quereshy mühazirə ilə çıxış edib. 


Universitetdən Aztibb.az-a verilən xəbərə görə, tədbirin əvvəlində ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri İlhamə Mustafayeva və universitetin Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. 


Daha sonra ABŞ-nin Case Western Reserve Universitenin Üz-Cənə cərrahiyyəsi kafedrasının professoru Faisal A.Quereshy rekonstruksiya cərrahiyyəsinin aktual problemlərindən danışıb, ortoqnatik cərrahiyyə yolu ilə üzün estetik cərrahiyyəsi mövzularında fikirlərini çatdırıb. Amerikalı professor mühazirəsində həm də  konkret nümunələr üzrə təcrübəsini paylaşıb.  

 
Qeyd edək ki, professor Faisal A. Quereshy estetik cərrahiyyə, üz cərrahiyyəsi, diş implantasiyası cərrahiyyəsi, kraniofasiyal və ortoqnatik cərrahiyyə sahəsində fəaliyyət göstərən təşkilatların  üzvüdür. Bir sıra elmi və klinik əsərlər və dərsliklərin müəllifi olan mühazirəçi beynəlxalq səviyyədə seminar və təqdimatlar keçirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır