ATU-nun Stomatologiya fakültəsinin tələbələri üçün müsabiqə keçirilib  
15.04.2025 09:39

Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi çərçivəsində Stomatologiya fakültəsinin 2-ci kurs tələbələri üçün yaradıcı-maarifləndirici müsabiqə təşkil olunub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, Tədris-Stomatoloji Klinikasının Tədris mərkəzində bir saat ərzində keçirilən müsabiqə zamanı tələbələr bıçaq vasitəsilə sabundan diş və çənə modelləri düzəldiblər.

 

Universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov tədbirin tələbələrin dünyagörüşünün genişləndirilməsi və tədris prosesinə marağın artırılması məqsədinə xidmət etdiyini bildirib. Müsabiqənin gedişatını izləyən professor N.Pənahov tələbələrə uğurlar arzulayıb.

 

Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva çıxışında müsabiqənin qaydaları haqqında məlumat verib və iştirakçılara müvəffəqiyyətlər diləyib. 

 

Müsabiqə iştirakçılarının əl işləri munisiflər tərəfindən qiymətləndirilib. Qaliblərə sertifikatlar və “Prosthodontics. Propaedeutics” (müəlliflər: N.A.Pənahov, E.R.Əliyeva, S.İ.Əhmədov) adlı dərslik hədiyyə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır