Beynimizlə bağlı daha bir fakt ortaya çıxdı
19.04.2025 17:25

Amerikalı elm adamları ən mürəkkəb orqanımız olan beynimizlə bağlı indiyə qədər bilinməyən faktı ortaya çıxarıblar. Belə ki, tədqiqatçılar beynin sözləri yadda saxladığı sahəni müəyyən ediblər.

 

Aztibb.az xarici mətbuata istinadla bildirir ki, "Brain Communications" jurnalında dərc olunan tədqiqatın nəticələri göstərib ki, beynin prefrontal, temporal və singulat kortekslərinin, həmçinin hipokampusun kiçilməsi sözlərin xatırlanmasını çətinləşdirir. Tədqiqatda 84 temporal epilepsiya və hipokampal skleroz xəstəsi, eləcə də 43 sağlam insan iştirak edib. Yüksək dəqiqlikli MRT vasitəsilə beynin müxtəlif hissələrinin ölçüsü və forması analiz olunub. İştirakçılar həmçinin şifahi yaddaş testlərindən keçirilib. Kiçik beyin bölgələrinin zəif yaddaşla əlaqəli olduğu müəyyənləşib.

 

Tədqiqat rəhbəri professor Con Dunkan bildirib ki, beynin hansı hissələrinin sözlərin xatırlanması üçün vacib olduğunu anlamaq epilepsiya xəstələrinin neyrocərrahi müalicəsinə istiqamət verməyə kömək edə bilər. Bu kəşf əməliyyat zamanı yaddaş və dil üçün mühüm olan beyin bölgələrinin qorunmasına şərait yaratmaq üçün də əlverişlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır