Dünyanın ən sağlam qadınları sırasında
19.04.2025 16:52

Amerikanın araşdırma şirkəti olan "Hologic" "Qadın Sağlamlığı İndeksi" adlı dördillik qlobal tədqiqatın nəticələrini açıqlayıb. Azərbaycan xanımları dünyanın ən sağlam qadınları sırasında yer alıb.


Aztibb.az-ın məlumatına görə, siyahıya əsasən Azərbaycan dünyanın 142 ölkəsi arasında 54-cü yeri tutub. Ölkəmiz qadınların emosional sağlamlığı, onların əsas ehtiyaclarının təmin edilməsi və fərdi sağlamlıq kimi göstəricilərdə irəliləyiş nümayiş etdirib. 146 min qadının iştirak etdiyi genişmiqyaslı sorğuda 2023-cü ildən indiyə kimi toplanan məlumatlar analiz olunub. Qiymətləndirmə zamanı profilaktika, emosional sağlamlıq, əsas ehtiyaclar və fərdi sağlamlıq kimi meyarlar nəzərə alınıb.

 

İlk onluğa Tayvan, Küveyt, Avstriya, İsveçrə, Finlandiya, Almaniya, Sinqapur, Danimarka, Slovakiya və Lüksemburq daxil olub. Postsovet məkanında Estoniya 11-ci, Qazaxıstan isə 12-ci yeri tutaraq ən yaxşı nəticəni göstərib. Digər nəticələrə görə, Rusiya 51-ci, Gürcüstan 72-ci, Türkiyə 76-cı yerdə qərarlaşıb. Ən zəif göstərici isə 89-cu yeri tutan Ermənistana aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır