Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlərə start verilib  
15.04.2025 07:48
Mərkəzi Gömrük Hospitalında “Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planı” üzrə İllik Maarifləndirici Tədbirlər Planına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlərə start verilib.
 
Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən təşkil edilmiş təlimdə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri və əməkdaşları iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
Təlim zamanı Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası” mövzusunda təqdimatla çıxış edib. Rəna Hüseynova təqdimat zamanı korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli, fiziki və ya hüquqi şəxslərin məsuliyyəti, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə, qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi və digər qanunda qeyd edilmiş mövzularla bağlı ətraflı məlumat verib.
 
Daha sonra Maliyyə şöbəsinin rəisi Arzu Həsənov “Dövlət büdcəsindən Tibbi Xidmət İdarəsinə (TXİ) ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət işinin təşkili” barədə təqdimatla çıxış edərək Dövlət Büdcəsi Haqqında Qanun, dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı və istifadəsi, səmərəli xərcləmə, şəffaflıq və hesabatlılıq, audit və inzibati nəzarət barədə detallı məlumat verib.
 
Təlim zamanı auditoriyanı maraqlandıran suallar cavablandırılıb və təlimlərin mütəmadi olaraq bütün əməkdaşları əhatə etməklə il boyu təşkil ediləcəyi vurğulanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır