Rəşad Mahmudov: "Akademik Zərifə Əliyevanın işıqlı həyatı hər birimiz, həkim olaraq şəxsən mənim üçün örnəkdir" 
14.04.2025 16:09
Aprelin 15-də Azərbaycanda oftalmologiya elmi məktəbinin yaradıcısı, görkəmli alim, həkim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əliyevanın vəfatının 40-cı ildönümü tamam olur. Elmi və əməlləri ilə gözlərə nur, qəlblərə həyat eşqi bəxş etmiş, ətrafına gözəllik şəfəqləri saçmış mələk misallı bu böyük insanın əziz və işıqlı xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman sevgi və hörmətlə anılır.
 
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatının 40-cı ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
 
Aztibb.az paylaşımı təqdim edir:
 
"Əziz dostlar, dəyərli həmvətənlər!
 
Aprelin 15-i Zərifə xanım Əliyevanın anım günüdür. Həyatının böyük hissəsini səhiyyəmizin inkişafına həsr edərək qaranlıqla mübarizədən qalib ayrılan Zərifə xanımın işıqlı həyatı hər birimiz, həkim olaraq şəxsən mənim üçün etalon, örnəkdir. Onun elmi yanaşmaları, dərslikləri, əsərləri bu gün durmadan inkişaf edən milli səhiyyəmizin sərvətidir.
 
Bununla yanaşı, Zərifə Əliyeva xalqın həyatında müstəsna xidmətlər göstərərək əbədiyyət qazanmış Ulu öndərin ömür-gün yoldaşı, təkcə qonşu düşmən ölkə ilə deyil, səlibçi dünya ilə döyüşərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək evimizə zəfər gətirən, tarixi haqqımızı bizə qaytaran Qarabağ fatehinin, ümumxalq Qəhrəmanının anasıdır. Bugünkü qüdrətimiz, bütövlüyümüz və bunun ardınca yaşadığımız milli xoşbəxtliyimiz Zərifə xanımın ana kimi tərbiyə etdiyi Sərkərdənin tarixi xidmətidir. Ona görə də Zərifə xanım alim, ziyalı, ictimai xadim, ANA kimi ucalıqdadır və həmişə o yüksəklikdə sevgi ünvanı kimi qalacaq.
 
Hörmətlə,
Rəşad Mahmudov
Tibb elmləri doktoru"
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır