Tələbələr elektron siqaretlərin sağlamlığa təsirləri barədə maarifləndirilib  
15.04.2025 08:33

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində Bakı Slavyan Universitetində elektron siqaretlərin (veyplərin) sağlamlığa təsirləri barədə maarifləndirici görüş keçirilib.

 

Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən Aztibb.az-a verilən məlumata görə, görüşdə universitetin tələbələri və müəllim heyəti iştirak edib.

 

Görüş zamanı çıxış edən mütəxəssislər veyplərin insan orqanizminə vurduğu zərərlər, onların tərkibi və yaratdığı asılılıq barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, parlaq rənglər, şirin meyvə dadları və sosial mediada yayılan cəlbedici görüntülər elektron siqaretlərin gənclər arasında populyarlaşmasına səbəb olub.

 

Qeyd edilib ki, veyplərin tərkibində nikotin, ağır metallar və digər toksik maddələr mövcud olduğundan həmin maddələr ürək-damar, tənəffüs və sinir sistemi üçün ciddi təhlükə yaradır.

 

Görüşün yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və sağlam həyat tərzinə üstünlük vermələri tövsiyə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır