Alimlər laboratoriyada ilk insan hüceyrələri vasitəsilə təbii diş böyüdüblər
14.04.2025 15:16

London Kral Kollecinin alimləri laboratoriyada ilk insan hüceyrələri vasitəsilə təbii diş böyüdüblər.

 

Aztibb.az-ın www.bbc.com-a istinadən xəbərinə görə, innovativ texnologiya dişləri xəstənin öz hüceyrələrindən yaratmağa imkan verir. Belə bioloji dişlərin ənənəvi implant və plomblardan əsas üstünlüyü onların çənə sümüyünə tam inteqrasiyası və təbii dişlər kimi olmasıdır.

 

Britaniya alimləri dişlərin əmələ gəlməsinin təbii mühitini təkrarlayan, xəstənin hüceyrələrini tam diş toxumasının əmələ gəlməsinə stimullaşdıran xüsusi material hazırlayıblar.

 

Tədqiqat qrupu hazırda inkişafın iki potensial tətbiqini nəzərdən keçirir. Birinci yanaşma, laboratoriyada bütöv bir dişin böyüdülməsini və sonra implant edilməsini əhatə edir. İkinci üsul, erkən mərhələdə olan diş hüceyrələrinin birbaşa xəstənin çənəsinə daxil edilməsini nəzərdə tutur.

 

Əvvəllər yapon alimləri USAG-1 zülalına təsir edərək yeni dişlərin böyüməsini stimullaşdırmaq üçün alternativ üsul təklif etmişdilər. Təcrübələr yeni dişin yeri inyeksiya ilə idarə olunmaqla “üçüncü nəsil” dişlərin yetişdirilməsi üçün bu texnologiyanın effektivliyini nümayiş etdirdi. Bu texnika artıq gəmiricilər üzərində uğurla sınaqdan keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır