Yeməkdən sonra niyə süstləşirik?
03.05.2025 16:44

Adətən yemək yedikdən sonra insanların çoxu süstləşir, şirin bir yuxuya ehtiyac duyurlar. Bu vaxt enerji və konsentrasiya azalır, iş isə dözülməz bir yükə çevrilir. Bəs bunun səbəbi nədir?

 

Aztibb. az-ın məlumatına görə, alimlər xüsusilə nahar sonrası yuxululuğu gün ərzində aktivliyi tənzimləyən təbii sirkadiyan ritmləri ilə əlaqələndirirlər. Onların fikrincə günün ortasında, xüsusilə saat 14:00 və 17:00 arasında yuxululuq kortizol səviyyəsinin təbii azalması və melatoninin artması ilə bağlı ola bilər. Həzm sistemi insanın qəbul etdiyi qidalara görə enerji yandırır. Əgər insan çox yemək yeyirsə, həzm sistemi daha çox enerji tələb edir, buna görə də bədəndəki digər aktiv enerji sistemləri bağlanır və bu, insanın yuxulu olmasına səbəb olur. Ancaq bu vəziyyəti yaradan yeganə amil qidanın miqdarı deyil, mahiyyəti də çox önəmlidir. Əgər istehlak edilən qidalar yüksək miqdarda karbohidrat ehtiva edərsə, bədəndə həddindən artıq insulin ifrazı meydana gələ bilər. Bu artım yuxudan məsul olan serotonin hormonunu da tətikləyir. Belə ki, xalq arasında "çəkinin çökməsi" adlandırılan yuxululuq yeməkdən sonra yaranır. Sadalanan şərtlər olmasa da, yeməkdən sonra tez-tez yuxu ehtiyacı insulin müqavimətini göstərə bilər. İnsulin müqaviməti olan insanlar yemək yeməyə başlayanda yorğunluq və yuxululuq hiss etmə ehtimalı yüksəkdir. Bu diabetin ilkin əlaməti ola bilər və gecikmədən həkimə müraciət edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır