"Fast food"un daha bir təhlükəsi aşkarlandı
20.04.2025 11:07

İranın Alborz Tibb Elmləri Universitetinin alimləri "fast food" qidaların daha bir fəsadını ortaya çıxarıblar. Belə ki, elm adamları bu qidaların depressiya riski ilə əlaqəli olduğunu aşkar ediblər.

 

Aztibb.az xəbər verir ki, "Journal of Affective Disorders" jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib ki, həftədə iki dəfədən çox "fast food" yeyən insanların onu az istehlak edənlərlə müqayisədə depressiya riski 24 faiz daha yüksəkdir. Həmçinin məlum olub ki, bu qidanın həftədə bir dəfə belə qəbulu depressiya ehtimalını 4 faiz artırır. Əlavə təhlillər göstərib ki, belə qidaların istehlakı ilə depressiya arasındakı əlaqə daha çox orta və ağır piylənmədən əziyyət çəkən insanlar arasında keçərlidir.

 

Alimlərin fikrincə, onların kəşfi piylənmənin "fast food" istehlakı ilə depressiya arasında vasitəçi rolunu oynaya biləcəyi fərziyyəsini təsdiqləyir. Qeyd edək ki, mütəxəssislərin qənaətləri Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun 17,4 mindən çox iştirakçısının məlumatlarının təhlilinə əsaslanır. Nəticələrə görə, qadınlarda 11, kişilərdə isə 7 faiz depressiv simptomlar qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır