Qarabaşaq həqiqətənmi arıqladır?
14.04.2025 14:05

İnsanlar arasında belə bir fikir formalaşıb ki, çəki atmaq üçün ən əlverişli qida qarabaşaqdır. Sosial şəbəkələr bu dənli bitkiyə "yağ düşməni" statusu verən möcüzəvi diyet hekayələri ilə doludur. Bəzi insanlar da bu trendə qoşulub "axı bu qarabaşaqdır" deyərək günün istənilən vaxtında porsiyaya məhəl qoymadan qarabaşaq yeyirlər. Bəs doğrudanmı bu qida hədəfə çatmaq üçün ideal seçimdir?

 

Aztibb.az xəbər verir ki, qarabaşaq haqqında olan ən böyük yanlış onun az kalorili olmasıdır. Əslində 100 qram quru qarabaşaqda təxminən 330 kilokalori var. Bişirildikdə əgər üstünə yağ, şəkər və ya süd əlavə edilərsə bu, artıq yüngül qəlyanaltı yox, tam bir nahar olur. Daha bir "tələ" isə yüksək karbohidrat tərkibidir. 100 qramlıq quru porsiyada 70 qramdan çox karbohidrat var. Müqayisə üçün ağ düyüdə bu göstərici 80 qramdır. Qarabaşağın qlikemik indeksi digər dənli bitkilərlə müqayisədə aşağı olsa da, tez-tez yeyildikdə qanda şəkər səviyyəsinin dəyişməsi ilə nəticələnir. Digər tərəfdən isə onun tərkibində yetərli qədər lifin olmaması yeməkdən 1-2 saat sonra aclıq hissi yaradır və insanı qəlyanaltı etməyə vadar edir. Qarabaşağın "metabolizmi sürətləndirdiyini" düşünmək də yanlışdır. Onun piyləri digər dənli bitkilərdən daha effektiv əritdiyinə dair elmi sübut yoxdur. Əksinə, istənilən mono-diyet metabolizmi ləngidir. Orqanizm müxtəlif qida maddələrini almayan zaman enerji rejiminə keçir. Adi qidalanmaya qayıtdıqda isə çəki tez bir zamanda, hətta artıqlaması ilə geri qayıdır. Başqa bir problem isə psixoloji amildir.

Qarabaşaq diyeti dadsızlığı və təkrarlığı səbəbindən tez bezdirir. İnsanlar məhdudiyyətlərdən yaranan stresi gecə yeməkləri ilə kompensasiya edir və bununla bütün səyləri puç olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır