“Həkimlərimizi tanıyaq!” rubrikası: Kardioloq Ləman Eyvazlı
19.04.2025 09:52
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə yüksəkixtisaslı mütəxəssis, həkim-kardioloq Ləman Eyvazlını təqdim edirik.
 
O, Mərkəzi Gömrük Hospitalında Transtorasik EXO, Pediatrik və Kongenital EXO, Transezofageal EXO (yetişkin ve pediatrik), 3D, Strain, Dobutamin EXO müayinələrini icra edir.
 
Ləman Eyvazlı 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2019-2023-cü illərdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsində həkim-rezident kimi çalışıb. 2021-ci ildə Türkiyənin İstanbul şəhərində “Mehmet Akif Ersoy” hospitalının Exokardioqrafiya laboratoriyasında təcrübəçi həkim-rezident, 2023-cü ildə həmin hospitalın Pediatrik Exokardioqrafiya bölümündə təcrübəçi həkim-rezident vəzifəsində çalışıb.
 
HəkimAzərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq kimi fəaliyyət göstərib. 10 mart 2025-ci il tarixindən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsində həkim-kardioloq işləyir.
 
Çoxsaylı beynəlxalq konfranslarda, seminarlarda, təkmilləşdirmə kurslarında, təlimlərdə iştirak edən Ləman Eyvazlı daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, bilik və bacarıqlarını zənginləşdirir. O, 2022-ci ildə Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən təlim və kurslarda: Türkiyənin İstanbul şəhərində Kardiak MRT təlimində, Trabzon şəhərində “3D Exokardioqrafiya” kursunda, İstanbul şəhərində “Aortik Protez qapaq multimodal dəyərləndirmə” kursunda, “Transezofageal simulyasiya” kursunda iştirak edib.
 
Həmçinin 2023-cü ildə Çexiyanın Praqa şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Ürək Çatışmazlığı” Konqresində, yenə həmin cəmiyyətin təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən ESC 2023 Konqresində, 2024-cü ildə Almaniyanın Berlin şəhərində Almaniya Ürək Mərkəzinin təşkilatçılığı ilə “Ürək çatışmazlığı və qapaq xəstəliklərində 3D Exokardioqrafiya Konfransı”nda, 2024-cü ildə ABŞ-ın Kolorado ştatında yerləşən Mayo klinikasının təşkilatçılığı ilə keçirilən “Xəstə əsaslı Exokardioqrafiya və Multimodal görüntüləmə” onlayn kursunda, 2024-cü ildə Yunanıstanın Afina şəhərində Yunanıstan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiovaskulyar Görüntüləmə Assosasiyasının təşkilatçılığı ilə Ürək-damar görüntüləmə Konqresində, Portuqaliyanın Lissabon şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Ürək Çatışmazlığı” konfransında, Almaniyanın Frankfurt şəhərində “CSİ Frankfurt – 2024” konfransında və digər tədbirlərdə iştirak edib.
 
Ləman Eyvazlı Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin və Amerika Kardiologiya Cəmiyyətinin üzvüdür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır