İsmayıl Əfəndiyev Xankəndidə beynəlxalq konfransda iştirak edib  
14.04.2025 09:19
Xankəndi şəhərində “Gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. Qarabağ Universitetinin təşkilatçılığı ilə baş tutan bu möhtəşəm elmi tədbirdə tibbi təhsil sahəsində Azərbaycan və xarici ölkələrin aparıcı peşəkar mütəxəssisləri iştirak ediblər.
 
Tədbirin əsas məqsədi Qarabağ Universitetinin Tibb Fakültəsi və Universitet Klinikasının tədris modelini, təhsil proqramlarının kurrikulumunu, bacarıq çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirmək olub
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfransın işində iştirak edərək sessiyalar zamanı tibb təhsili sahəsində Mərkəzi Gömrük Hospitalının yanaşması və toplanmış təcrübəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
 
70-dən çox iştirakçının qatıldığı konfransda plenar iclaslar, panel müzakirələr və qrup işləri əsasında Qarabağ Universitetində tibb təhsilinin təşkili, səhiyyə sahəsində tədqiqatların aparılması, tibbi xidmətlərin göstərilməsi və praktik vərdişlərin inkişaf etdirilməsi ilə bağlı konkret təklif və tövsiyələr hazırlanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır