“Oxbridge Academy” məktəbinin şagirdləri ATU-nun Anatomiya muzeyi ilə tanış olublar
12.04.2025 14:30

Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrası nəzdində fəaliyyət göstərən Anatomiya muzeyi hər zaman nəyinki tibb işçilərin və tələbələrin, eyni zamanda digər sahədə çalışan və təhsil alan insanların böyük diqqətini çəkib.


ATU-dan Aztibb.az-a verilən məlumata görə, Bakının ən nüfüzlu məktəblərindən biri olan “Oxbridge Academy”-nin 7C və 7I siniflərinin şagirdləri və onların müəllimləri ATU-nun Anatomiya muzeyini ziyarət ediblər. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti, t.ü.d.f. Misir Bayramov yeniyetmə ziyarətçilərə bir əsrdən artıq fəaliyyət göstərən muzey haqqında ətraflı məlumat verərək, qonaqları muzeydə yerləşən çoxsaylı eksponatlar ilə tanış edib.


Maraqlı və maarifləndrici tədbir zamanı sagirdlər öz təsüratlarını paylaşıblar. 7I sinifin şagirdi Məryam Məhdiyeva hələ uşaq yaşlarından gələcəkdə həkim olmaq və insanlara kömək etmək arzusunda olduğunu bildirib. Məhz buna görə uzun müddət Anatomiya muzeyini ziyarət etmək istəyib. 7C sinifində oxuyan Nilay Ahadzadə ekskursiyanın olduqca maraqlı və yaddaqalan olduğunu vurğulayıb. O, bu gün anatomiya sahəsi üzrə bir çox yeni biliklər əldə etdiyini deyib.

Sonda “Oxbridge Academy”-nin müəllimləri və sagirdləri ekskursiyanın təşkilinə görə ATU-nun rəhbərliyinə və muzeyin işçilərinə dərin təşəkkürlərini bildiriblər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır