Dəyişkən havalarda səhhətimizi necə qoruyaq?
14.04.2025 07:22

Havaların tez-tez dəyişməsi insan sağlamlığına mənfi təsir edir. Çünki insan orqanizmi bu dəyişikliyə tez bir zamanda alışa bilmir və bu da istər-istəməz sağlamlığa təsir edir. Havaların birdən-birə soyuması insan orqanizminin müqavimətinin aşağı düşməsinə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın sözlərinə görə, havaların kəskin dəyişilməsindən ən çox azyaşlı uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olanlar əziyyət çəkirlər:

 

“Bəzi xəstəliklər var ki, xüsusən də ürək qan-damar sistemi, arterial hipertoniya, endokrin, yuxarı tənəffüs yolu infeksiyaları kimi xəstəliklər fəsil dəyişkənliyi dövrlərində daha həssas olur. Bu səbəbdən, xroniki xəstəlikdən əziyyət çəkən insanların həkim nəzarətində qalması tövsiyə olunur. İmmun sistemini maksimum güclü saxlamaq lazımdır. Güclü immun sistemi üçün isə yuxu və qidalanma rejimi çox vacibdir. Qidalanma rejimi dedikdə tam balanslı qidalanma nəzərdə tutulur. Yəni mövsümə uyğun qidalanmaq lazımdır. Hazır qidalardan mümkün qədər az istifadə etmək tövsiyə olunur. Hər hansı bir əks göstəriş yoxdursa, gün ərzində 2,5 litr su içilməsi vacibdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır