Şamaxı RMX-da minimal invaziv üsulla iki əməliyyat eyni vaxtda icra olunub
12.04.2025 07:10

Bu günədək yalnız paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra cərrahi əməliyyatlar artıq region xəstəxanalarında uğurla icra olunur.

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında laparoskopik xolesistektomiya və laparoskopik total histerektomiya, yəni minimal invaziv üsulla öd kisəsinin, həmçinin uşaqlıq və artımların çıxarılması əməliyyatları eyni vaxtda icra edilib.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, tibb müəssisəsində ilk dəfə icra olunan bu proses uğurla başa çatıb.

 

Qanaxma ilə müraciət edən 46 yaşlı pasiyentdə diaqnostik müayinə zamanı uşaqlığın qanaxma ilə ağırlaşmış böyük ölçülü polipi, uşaqlığın mioması və yanaşı olaraq xroniki kalkulyoz xolesistit aşkarlanıb. Eyni zamanda pasiyentin əvvəlki dövrlərdə süd vəzi xərçəngi səbəbi ilə mastektomiya olunduğu müəyyən edilib. Bu səbəbdən polipin maliqnizasiyası riskini artırdığı üçün multidisiplinar yanaşma ilə cərrahi müdaxiləyə qərar verilib. Hazırda pasiyentin vəziyyəti kafidir və Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır