Aprelin 11-i Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür  
11.04.2025 10:14

Hər il aprelin 11-i Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, həmin günün tarixi xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçısı Ceyms Parkinsonun 1755-ci il aprelin 11-də doğum günü ilə əlaqədardır. XIX əsrin əvvəllərində alim onu “titrəyən iflic” adlandırıb.

 

Parkinson Xəstəliyi ilə Mübarizə Gününün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstəliyinə hər 100 min nəfərdən 21-də rast gəlinir. Həmin xəstəlik 55 yaşdan yuxarı olanlarda daha çox müşahidə edilsə də, son vaxtlar gəncləşərək 40 yaşdan aşağı olanlarda da təsadüf edilir. İlk vaxtlar xəstəliyin əlamətləri hiss edilmir və gizli başlayır. Nevroloji hallar simptomatik olur - adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi ilə nəzərə çarpır.

 

Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrumolma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır