Tədqiqat: Hazır yeməklər bioloji qocalmanı sürətləndirə bilər
11.04.2025 14:16

Alimlər xəbərdarlıq ediblər ki, hazır qidalar bioloji yaşlanma prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, bu yaxınlarda edilən yeni araşdırma qeyri-sağlam yemək vərdişlərinin qocalmanı hüceyrə səviyyəsində sürətləndirə biləcəyini göstərib. Araşdırmaya görə, daha az tərəvəz və meyvə, daha çox qırmızı ət, hazır yeməklər və şəkərli içkilər qəbul edən fərdlərdə bioloji qocalma prosesi daha sürətlə gedir.

 

Bioloji yaş fərdin hüceyrələrinin yaşını əks etdirir və bu yaş xronoloji yaşdan fərqlənə bilər. Alimlər bildirirlər ki, bioloji yaş xəstəlik riski və gözlənilən ömür uzunluğu ilə daha sıx bağlıdır. Bu fərq DNT-dəki kimyəvi dəyişiklikləri təhlil edən "epigenetik saatlar" vasitəsilə ölçülür.

 

Tədqiqatda iştirak edən elm adamları sürətli və balanssız qidalanma vərdişlərinin təkcə çəki və ya həzm sistemi problemləri ilə məhdudlaşmadığını, eyni zamanda bədənin yaşlanma prosesinə də təsir edə biləcəyini vurğulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır