Alimlər salmonellaların antibiotiklərə qarşı müqavimətini proqnozlaşdırmaq üçün innovativ yanaşma təklif ediblər
11.04.2025 09:52

Sıçuan Universitetinin alimləri süni intellekt və kvant hesablamalarının imkanlarını birləşdirərək salmonellaların antibiotiklərə qarşı müqavimətini proqnozlaşdırmaq üçün innovativ yanaşma təklif ediblər.

 

Aztibb.az-ın www.sciencedaily.com-a istinadla məlumatına görə, salmonella ən çox yayılmış qida patogenlərindən biridir. Onun ştammlarının həm dərmanların həddindən artıq istifadəsi, həm də genetik mutasiyalar nəticəsində yaranan antibiotiklərə artan müqaviməti həssaslıq testləri kimi ənənəvi diaqnostik üsulları səmərəsiz edir.

 

Tədqiqatın müəllifləri müqavimət əlamətlərinin seçilməsi üçün iki mərhələli sistem təklif ediblər. Onlar əvvəlcə əsas müqavimət genlərini müəyyən etmək üçün statistik üsullardan istifadə edərək süni intellektə əsaslanan SARPLLM alqoritmini hazırlayıblar.

 

O, salmonellaların genetik məlumatlarını mətn “cümlələrinə” çevirir, daha sonra müqaviməti proqnozlaşdırmaq üçün dil modeli tərəfindən təhlil edilir. Nümunə balanssızlığı ilə mübarizə aparmaq üçün komanda QSMOTEN alqoritmindən istifadə edib.

 

Eksperimental nəticələr göstərib ki, SARPLLM müxtəlif antibiotiklərə qarşı müqavimətin proqnozlaşdırılmasında mövcud modelləri üstələyib. QSMOTEN alqoritmi həm virtual, həm də fiziki kvant sistemlərində nümunələr arasında oxşarlıqları səmərəli şəkildə müəyyən edir, bioinformatikada kvant hesablamalarının tətbiqi üçün perspektivlər açır.

 

Tədqiqatın nəticələri “Engineering” jurnalında dərc olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır