Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı cərrahları Naxçıvan Sağlamlıq Mərkəzində əməliyyatlar icra ediblər  
11.04.2025 13:46

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan yüksəkixtisaslı cərrahlar Naxçıvan Sağlamlıq Mərkəzində müayinə və əməliyyatlar həyata keçirib.

 

Muxtar respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, aksiya yerli əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və müasir tibbi xidmətlərin təmin edilməsi məqsədini daşıyıb. Əməliyyatlar və müayinələr zamanı müxtəlif sahələrdən olan həkimlər, xüsusilə endokrin cərrahı, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, qida borusu, 12 barmaq bağırsağı, anesteziologiya-reanimasiya və intensiv terapiya üzrə peşəkar xidmətlər göstəriblər.

 

Həkim heyəti Naxçıvan Sağlamlıq Mərkəzində son vaxtlar həyata keçirilən yeniliklərlə də tanış olublar. Onlar, müasir avadanlıqlarla tam təchiz olunmuş əməliyyat otaqlarını və müasir standartlara cavab verən palataları, həmçinin həyata keçirilən digər yenilikləri yüksək qiymətləndiriblər. Həkimlər mərkəzin tibbi infrastrukturunun müasir tələblərə uyğun olduğunu və burada göstərilən xidmətlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar. Onlar, belə bir müasir şəraitin və avadanlığın yerli həkimlər və xəstələr üçün böyük üstünlük təmin etdiyini qeyd edərək, Naxçıvanda səhiyyə sahəsindəki inkişafları təqdir ediblər.

 

Qeyd edək ki, aksiya 2 gün davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır