Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə Xankəndi şəhərində beynəlxalq konfrans keçirilir
11.04.2025 10:01

Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

 

Aztibb.az xəbər verir ki, Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda xarici ölkələrin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər.

 

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Rektor vurğulayıb ki, Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək. Ş.Bayramov, həmçinin Qarabağ Universitetinin tədris prosesində əldə etdiyi uğurları və gələcəkdəki məqsədləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

 

Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq qeyd edib ki, konfransın əsas hədəfi “Tibb və tibb bacısı” proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir. Direktor sessiyalar zamanı tibb təhsili sahəsində geniş tətbiq olunan Kernin 6 mərhələli yanaşmasından istifadə ediləcəyini də iştirakçıların diqqətinə çatdırıb. S.Babayev konfransın metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcəyini bildirib.

 

Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub