Tələbələr Mərkəzi Gömrük Hospitalında təcrübə keçirlər
11.04.2025 11:49

İkitərəfli əməkdaşlıq memorandumu çərçivəsində İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının VI kurs tələbələri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında "Fövqəladə hallar təbabəti" fənni üzrə praktiki dərslər keçirlər.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, Hospitalın bazasında tədris edilən "Fövqəladə hallar təbabəti" kursunun proqramına "Fövqəladə hallarda əhalinin çeşidlənməsi və təxliyəsi", "Qıcıqlandırıcı kimyəvi mayelərlə zəhərlənmələr", "Texniki maddələrlə intoksikasiya", "Radiasiyadan qorunmanın tibbi vasitələri və radiasiya qəzaları zamanı tibbi yardım", "Nəqliyyat qəzaları, partlayış və yanğın təhlükəli fövqəladə hallarda tibbi yardımın təşkili" və digər aktual mövzular daxildir.

 

"Fövqəladə hallar təbabəti" fənnini tələbələrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədris edir.

 

Tədris proqramı müxtəlif fövqəladə hallarda, o cümlədən yanğınlar, partlayışlar, iri nəqliyyat qəzaları, kimyəvi maddələrlə kəskin zəhərlənmələr və kütləvi toksikoloji hadisələr zamanı tibbi yardımın təşkili, radiasiyaya qarşı müdafiə, əks-epidemik tədbirlər, fövqəladə hallarda tibb xidmətinin və təcili yardımın təşkili kimi mövzuları əhatə edir.

 

Mərkəzi Gömrük Hospitalında yaradılmış unikal elmi və kliniki şərait tələbələrə həm nəzəri biliklərin, həm də praktiki bacarıqların müasir səviyyədə öyrədilməsinə imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır