Akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib
10.04.2025 19:06

Bakıda Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin 6-ci Konfransı ilə birgə Radiofarmasevtik Müalicə üzrə Beynəlxalq Simpozium işə başlayıb. Simpoziumun ilk iş günü xarici qonaqlar Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti və Radionuklid Terapiya Mərkəzinə baş çəkib, buradakı şərait və iş prosesi ilə yaxından tanış olublar.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, daha sonra Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev simpozium iştirakçılarını qəbul edib, Mərkəzin keçdiyi inkişaf yolu, fəaliyyət prinsipləri,son illərdə əldə edilmiş uğurlar barədə geniş məlumat verib.

 

Milli Onkologiya Mərkəzinin ən müasir avadanlıqlarla təchiz olunduğunu bildirən Baş direktor burada onkoloji xəstələrə tibbi yardımın aparıcı mütəxəssislər tərəfindən ən yüksək səviyyədə göstərildiyini qeyd edib.

 

"Hazırda görüşdüyümüz müasir bina cərrahi bölmələr üçün nəzərdə tutulmuş cərrahiyyə korpusudur. Belə güclü maddi-texniki bazası olan korpusun yaradılması və yüksəkixtisaslı cərrah-onkoloqların cəlb edilməsi ölkəmizdə onkoloji xəstələrə göstərilən cərrahiyyə xidmətinin yaxşılaşmasına və daha da genişlənməsinə imkan verir. Burada çarpayı fondu 1500-dür.

 

Mərkəzdə 4 kimyaterapiya şöbəsi mövcuddur. Milli Onkologiya Mərkəzinin nəzdində respublikada birinci olan Uşaq onkoloji klinikası Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 2012-ci ilin martında açılıb.

 

Burada uşaq cərrahiyyə, uşaq kimyaterapiya, uşaq şüa terapiya və uşaq reanimasiya və anesteziologiya şöbələri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mütəmadi olaraq klinikada müalicə alan uşaqlara baş çəkir, onların müalicəsini nəzarətdə saxlayır.

 

Milli Onkologiya Mərkəzi, həmçinin Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, müasir diaqnostikası, müalicəsi və profilaktika üsullarının öyrənilməsi ilə məşğul olan böyük aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisədir. Biz müxtəlif ölkələrdən olan həmkarlarımızla müştərək elmi araşdırmalar aparırıq. Bununla yanaşı, mərkəzlə dünyanın bir sıra aparıcı tibb müəssisələri, o cümlədən ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilələr mövcuddur. Müqavilələr əsasında birgə elmi tədqiqatlar, təcrübə mübadiləsi aparılır, həkimlərin qarşılıqlı ezamı həyata keçirilir", - deyə akademik C.Əliyev qeyd edib.

 

Müxtəlif ölkələrdən olan alim və mütəxəssislər öz ölkələrindəki mərkəzlər və tibb müəssisələri barədə məlumat verib, Milli Onkologiya Mərkəzinin xəstələrin uğurlu müalicəsini təmin edən fərqli və möhtəşəm dizaynını müsbət qiymətləndirib, mərkəzdə yaradılan şəraitdən məmnunluq ifadə ediblər.

 

Görüş zamanı, həmçinin birgə elmi tədqiqatların aparılması müzakirə edilib və həmin təşəbbüs tərəflər arasında müsbət qarşılanıb.

 

Milli Onkologiya Mərkəzinin muzeyinin fəaliyyəti ilə tanış olan xarici qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini də yazıblar.

 

Qeyd edək ki, Beynəlxalq Simpozium aprelin 12-dək davam edəcək.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər