ATU-nun Tədris Terapevtik Klinikasında seminar: "LADA diabet"
10.04.2025 15:29

 

ATU-nun Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsi Rezidentura və Magistratura şöbəsi ilə birgə rezidentlər üçün "LADA diabet" mövzusunda seminar keçirib.

 

ATİ-dan Aztibb.az-a verilən xəbərə görə, tədbirə moderatorluq edən Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, Endokrinologiya şöbəsi xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirir.

 

Endokrinologiya şöbəsinin müdiri, dosent Səbinə Məşədiyeva-Bayramova diabetin nadir və diaqnostikası çətin gedən forması haqda ətraflı danışıb və qarşılaşdığı maraqlı klinik hadisəni nəzərə çatdırıb. Bildirib ki, LADA (Latent Autoimmune Diabetes in Adults) 3-cü və ya 2-ci tip diabet hesab olunmur: “LADA diabet yaşlılarda (30 yaşdan sonra) yaranan tip 1 diabet  sayılır. Amma ondan fərqli olaraq gedişi və simptomatikası daha yumşaq olur. Bu xüsusiyyətinə görə onu çox vaxt 2-ci tip diabetə bənzədirlər. Tip 2 diabetli pasiyentlərdən fərqli olaraq, LADA diabetli pasiyentlər normal çəkili olur, ailədə autoimmun xəstəliklərin olması ilə xarakterizə edilirlər”.

 

Məruzəçi əlavə edib ki, ilk aylarda LADA diabetli pasiyentlər adətən insulindən asılı olmurlar: “Qan şəkərləri ilk vaxtlar sadə şəkərsalıcı preparatlarla tənzimlənir. Bir müddət sonra mədəaltı vəzin betta hüceyrələrinin üzülməsi nəticəsində insulin ifrazı tükənir və pasiyentlərə insulin təyin olunur. Şəkərli diabet tip 1-dən fərqli olaraq LADA diabetli pasiyentlərdə abdominal piylənmə, dislipidemiya, arterial hipertenziyaya daha çox rast gəlinir. Şəkərli diabet xəstələrinin ilk öncə ətraflı müayinəsi, ondan sonra isə müvafiq dərman və ya insulin müalicəsinin təyin olunması məsləhətdir”.

 

Məruzə ətrafında çıxış edənlər diskussiya zamanı anamnestik məlumatların vacibliyindən, diaqnostikadakı əsas məqamlardan danışıblar.

 

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır