AzTU ilə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
10.04.2025 14:01

Azərbaycan Texniki Universitetində (AzTU) AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində işgüzar görüş keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor Nuran Abdullayev, “Philips” şirkətinin regional meneceri, “Acandis” şirkətinin Almaniyadan qatılan nümayəndəsi və universitetin nümayəndələri iştirak edib.

 

Görüş zamanı AzTU-da keçirilən beynəlxalq forumun əhəmiyyəti vurğulanıb, həmçinin forumun Azərbaycan-Almaniya əlaqələrinin daha da inkişafına töhfə verəcəyi qeyd olunub. Həmçinin elmi-tədqiqatlar və kadr hazırlığı istiqamətində əməkdaşlıqlara dair layihələr müzakirə edilib.

 

Daha sonra AzTU ilə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır