AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
10.04.2025 07:16
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Braziliya və Türkiyədən ölkəmizə yüksək risk qrupuna aid heyvan mənşəli qida və yem məhsulları idxal edən iki müəssisədə yerində qiymətləndirmə aparıblar.
 
AQTİ-dən Aztibb.az-a verilən xəbərə görə, “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə əsasən aparılan qiymətləndirmə Braziliyada yerləşən “Villa Germania Alimentos” və Türkiyədə fəaliyyət göstərən "Skretting Yem Üretim Ticaret” müəssisələrində həyata keçirilib.
 
Şirkətlərin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar mütəxəssislər tərəfindən araşdırılaraq təhlil edilib.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, bu müəssisələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilib.
 
Qeyd edək ki, qanunvericiliyə əsasən xarici qida obyektləri təsdiqlənmədikdə, bu müəssisələrdən ölkəmizə yüksək risk qrupuna aid heyvan mənşəli qida və yem məhsullarının idxalına icazə verilmir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır