Teymur Musayev: "TDT-yə üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılmasını birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik"  
08.04.2025 12:23

Türk dünyası tarixən müxtəlif çətinliklərlə üzləşib, lakin bütün bəşəri sınaqlardan uğurla keçərək daha da güclənib və inkişaf edib. Təəssüf ki, ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan xilasedicilərinin və tibb personalının peşəkar fəaliyyətini yüksək qiymətləndirərək, onların əsl qəhrəmanlıq göstərdiklərini qeyd edib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısında çıxışı zamanı deyib.

 

T.Musayev qəza baş verən gün Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə telefon əlaqəsi saxladığını xatırladıb: “Hadisənin ilk dəqiqələrindən etibarən A.Alnazarova başda olmaqla, Qazaxıstanlı tibb işçiləri böyük dəstək və fədakarlıq göstəriblər. Vaxtında və yüksək peşəkarlıqla göstərilən tibbi yardım nəticəsində yaralılar həyati təhlükə olmadan ölkələrinə təxliyə olunublar. Qeyd etmək istərdim ki, yalnız Aktauda deyil, Qazaxıstanın bir neçə əyalətində iki gün ərzində minlərlə insan könüllü şəkildə qan verib. Qazaxıstanlı qardaş və bacılarımızın göstərdikləri həmrəylik Azərbaycan xalqının qəlbində böyük iz buraxıb”.

 

Nazir Türk Dövlətləri Təşkilatının qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını vurğulayıb: “Ortaq tarix, dil, kimlik və mədəniyyət olmaqla dörd əsas sütun üzərində qurulan təşkilatın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və dəstəyinin nəticəsidir. Məhz ötən il sentyabr ayında Ortaq Türk Əlifbasının qəbul edilməsi ən ali səviyyədə göstərilən dəstək sayəsində mümkün olmuşdur. Bi digər qürurverici hadisə isə Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin 4-cü iclasının Şuşa şəhərində keçirilməsidir. Bunun məntiqi davamı olaraq, Şuşa şəhərində keçirilən 4-cü iclasda Türktransplant Vahid İnformasiya Sisteminin yaradılmasına dair niyyət protokolu imzalanıb.

 

Donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan Türktransplant Niyyət Protokolunun imzalanmasında göstərilən dəstəyə görə də təşəkkür edirəm.

 

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi - tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır