Prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı angioqrafiya mümkündür
13.04.2025 11:27

Prostat vəzinin xoşxassəli hiperplaziyasının qapalı müalicə üsulu olan angioqrafiyanın effektivliyi beynəlxalq resenziyalı tibb jurnalında dərc olunan elmi araşdırmada nümayiş etdirilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, tədqiqatın nəticələri Amerika Uroloji Assosiasiyasının nəşr orqanı olan beynəlxalq resenziyalı "Journal of Urology" jurnalında dərc edilib.

 

Xoşxassəli prostat hiperplaziyasında angioqrafiya müalicəsinin üstünlükləri barədə məlumat verən Hacettepe Universiteti Girişimsel Radiologiya Bölümü müəllim prof. Bora Peynircioğlu prostat böyüməsinin tmüxtəlif şikayətlərlə özünü göstərən sağlamlıq problemi olduğunu izah edib. O, angioqrafiya ilə müalicənin prostat arterlərinin bağlanması olaraq təyin edildiyini bildirib.

 

Prof. Bora Peynircioğlu qeyd edib ki, bu üsulla prostatın böyüməsinə və bununla bağlı sidik ifrazı problemlərinə səbəb olan xoşxassəli şişin qidalanması bağlanır, beləliklə prostatın ölçüsü azalır.

 

Angioqrafiya müalicəsinin effektivliyini ortaya çıxaran elmi araşdırmada prostat venasının embolizasiyası da adlandırılan, angioqrafiya müalicəsi ilə fərqli cərrahi müalicələr arasında aparılan müqayisəli araşdırmaların yer aldığını ifadə edən Peynircioğlu bildirib ki, aparılan araşdırmaların nəticələrinə görə üsul təsirli və təhlükəsiz bir müalicədir. 

 

Bora Peynircioğlu bu müalicənin hər yaşda olan xəstələrdə hər ölçüdə prostatda edilə biləcəyini söyləyib. O, prosedurun anesteziyaya ehtiyac olmadan qol və ya qasıq arteriyasına iynə dəliyindən girilərək həyata keçirilən qapalı bir üsul olduğunu vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır